Dünya
13-09-2023, 16:32
8 244
Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işinin istintaqı tamamlandı
Tehranın Baş Prokurorluğu və İnqilabi Məhkəməsi istintaqının bir hissəsinin başa çatdığını və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumda təqsirləndirilən şəxslərə qarşı ittiham aktının məhkəmə təqdim olunduğunu elan edib.
IRNA xəbər verir ki, bu barədə paytaxt prokuroru Əli Salehi danışıb.
O qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücuma dair istintaq prosesi kifayət qədər becid və dəqiqliklə həyata keçirilib. "1401-ci il Bəhmən ayının 7-də (27 yanvar 2023-cü il - red.) şəxsi motivasiya və odlu silahdan istifadə ilə baş vermiş bu hücum aktı səfirlik işçilərindən birinin ölümünə, habelə 3 (2 - red.) əməkdaşın yaralanmasına, səfirlik əmlakının məhv edilməsinə səbəb olub".
Tehran prokuroru xatırladıb: "Tehran Prokurorluğunda məhkəmə istintaqının başa çatması ilə bu işin müttəhimi səfirlik daxilində odlu silahdan istifadə edərək Azərbaycan vətəndaşının həyatına qəsdə ittiham edilib. O, bir ədəd "Kalaşnikov" və tapanca alma, odlu silahı qanunsuz gəzdirmə və saxlamada da ittiham olunur. Bundan başqa, ictimai asayişi pozma və digər ittihamlar da irəli sürülüb".
Əli Salehi vurğulayıb: "Bu cinayət işi ilə bağlı qərəzli ünsürlərin İran və Azərbaycan arasında münasibətləri korlamaq məqsədi ilə yaratdığı geniş mənfi ab-havaya baxmayaraq, cinayət işi sıx əməkdaşlıqla araşdırılıb. Hadisənin bütün aspektləri aydınlaşdırılıb və Azərbaycanın məhkəmə sistemi ilə davamlı qarşılıqlı əlaqə qurulub.
Tehran prokuroru cinayət işi üzrə iki ölkə arasında əməkdaşlığın sona qədər davam edəcəyinə və məhkəmənin təqsirləndirilən şəxslərlə bağlı ədalətli hökm çıxararacağına ümid etdiyini bildirib.