Onlayn yolla telefon alan kişi gözlərinə inanmadı - Qutudan qobur çıxdı - FOTO
14-09-2023, 13:36
8 788

Onlayn yolla telefon alan kişi gözlərinə inanmadı - Qutudan qobur çıxdı - FOTO

Türkiyədə onlayn yolla telefon alan kişiyə qutuda qobur (telefon üzlüyü) göndərilib.
Türkiyə KİV xəbər verir ki, hadisə Manisa şəhərində qeydə alınıb.
Yunusemre rayonunda yaşayan 3 uşaq atası Osman Özer orta məktəbə gedən qızına sürpriz etmək üçün mobil telefon almaq qərarına gəlib. Özer istədiyi ikinci əl telefonun onlayn olaraq 5 min TL-yə satıldığını görüb və satıcı ilə əlaqə saxlayıb.
Özer pulun bir qismini öncədən, digər yarısını isə “telefon” karqoya veriləndən sonra dələduza ödəyib.
Həyəcanla gələn bağlamanı açan Özer telefon yerinə qobur yollandığını gördükdə fırıldaqçıların tələsinə düşdüyünü anlayıb.
O, daha sonra polisə gedərək şikayətçi olub.

Oxşar xəbərlər