Dünya
18-09-2023, 17:50
7 484
Qəbiristanlıqdakı it məzarı dindarları ŞOKA saldı
Xakasiyada kişi anasının məzarının yanında itini basdırıb.
Xarici media xəbər verir ki, hadisə Xakasiyanın Ust-Abakan şəhərində qeydə alınıb. Kişi anasının məzarının yanında it basdırsa da, kənd sakinləri bundan qəzəblənərək heyvanın məzarının götürülməsini tələb ediblər.
Heyvanın sahibi qəbiristanlığın baxıcısı Dmitri İvanovdur. Bir il əvvəl sevimli çoban iti Musya vəfat etdikdə, onu anasının məzarının yanında basdırıb. Kişinin sözlərinə görə, it onlar üçün ailənin üzvü kimi olub.
Qranit məzar daşının üzərində "Musya, sədaqətinə görə sağ ol! Rahat yat" yazılıb və onun yanında it təsviri həkk olunub.
İt qəbiristanlıqda 16 ilə yaxın xidmət edib, onu oğrulardan qoruyub. Buna görə də İvanov məzarın götürülməsini tələb edən həmkəndlilərini başa düşmür. İndi məzar daşı götürülüb, lakin münaqişə davam edir.
Kənd sakinləri itin qəbiristanlıqdan kənarda yenidən basdırılmasını tələb edirlər. Bununla belə, kişi ümid edir ki, onun iti üçün bir istisna ediləcək.