İranda məcburi hicab üçün daha bir addım atıldı
20-09-2023, 14:36
10 623

İranda məcburi hicab üçün daha bir addım atıldı

İran parlamenti ictimai yerlərdə məcburi hicab qanununun pozulmasına görə cərimə, bank xidmətlərinin qarşısının alınması və məhkəmə prosesini nəzərdə tutan qanunun 3 il sınaq müddəti üçün icrasını təsdiqləyib.
 
Xarici media xəbər verir k, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat verib. Hökumətin məhkəmə sisteminin tövsiyəsi ilə hazırladığı və prezident İbrahim Rəisinin imzası ilə parlamentə göndərdiyi “İffət və Hicab Mədəniyyətinin Dəstəklənməsi” qanun layihəsi səsverməyə çıxarılıb.
Qanun layihəsi parlamentdə iştirak edən 201 deputatdan 34-nün əleyhinə 152 səslə qəbul edilib. 7 deputat səsvermədə bitərəf qalıb. Qərara alınıb ki, qanun 3 il müddətində sınaq təcrübəsinə keçsin.
Qanunun qüvvəyə minməsi üçün parlamentin qəbul etdiyi qanunların yekun yoxlanışını həyata keçirən Konstitusiya Keşikçiləri Şurası (AKK) tərəfindən təsdiqlənməlidir.
Məcburi hicab qaydaları pozuntularına qarşı hazırlanan qanun layihəsinə əsasən, ilk mərhələdə hicab qaydasını pozan qadınlara sms və oxşar üsullarla xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoymayan və hicab qaydasını yenidən pozanlar cərimələnəcək.
Cərimə bir ay ərzində ödənilmədikdə cərimə avtomatik olaraq şəxsin bank hesabından tutulacaq.
Hər hansı səbəbdən cərimələrin tutulması mümkün olmadıqda, sözügedən şəxsə bütün bankları və kredit təşkilatlarını əhatə edən hər hansı bank əməliyyatları, o cümlədən bank kartının verilməsi və yenilənməsi qadağan ediləcək. Cərimələrə etiraz 10 gün ərzində edilə bilər.

Oxşar xəbərlər