Dünya
20-09-2023, 18:22
14 542
“İlkay bizə cənnətdən göndərildi” - Xavi
"Barselona"nın baş məşqçisi Xavi İlkay Gündoğanla bağlı önəmli açıqlamalar verib.
Xarici media bildirir ki, Çempionlar Liqasının ilk oyununda “Antverpen”ə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra danışan Xavi yeni transfer İlkay Gündoğanı tərifləməkdən əl çəkməyib.
Ötən mövsüm "Mançester Siti"də bütün kubokları qazanan və müqaviləsi bitdikdən sonra "Barselona"ya keçən İlkay Gündoğan haqqında danışan Xavi deyib: "İlkay topa sahib olanda hər şey daha gözəl olur. İlkay hər şeyi mükəmməl edir, tamamilə hər şeyi".
Xavi fikrini belə tamamlayıb: "Əgər bu qədər yaxşı oynayırıqsa, bu, şübhəsiz ki, İlkay sayəsindədir. İlkay mütləq bizə cənnətdən göndərilib. O, əla oyunçudur, izləmək çox xoşdur".