"İstefa verməyəcəm" - Paşinyan
21-09-2023, 11:03
9 488

"İstefa verməyəcəm" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib. 
Xarici KİV xəbər verir ki, Paşinyan dünən axşam saatlarında nazirlər kabinetini dar tərkibdə toplayıb. 
O, heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olursa-olsun özündə saxlayacağını komandaya çatdırıb. 
Qeyd edək ki, baş nazir ailəsini təhlükəsizlik səbəbilə Sevandakı bağ evinə göndərib. 

Oxşar xəbərlər