Dünya
22-09-2023, 11:27
25 371
Marian çökəkliyində virus aşkarlandı
Dünyanın ən dərin Marian çökəkliyində dəniz virusu aşkar edilib.
Virus Çin və Avstraliya alimləri tərəfindən aşkarlanıb. Yeni virusa vB_HmeY_H4907 adını veriblər.
Tədqiqatın həmmüəllifi, Çinin Okean Universitetinin virusoloqu Minq Vanqın sözlərinə görə, vB_HmeY_H4907 dənizin dibindən təxminən 9000 metr dərinlikdə qaldırılan çöküntülərdə tapılıb. Alimlər genetik analiz aparıblar və aşkar ediblər ki, virus dünya okeanlarında geniş yayılmış, əvvəllər naməlum Suviridae viruslar ailəsinin bir hissəsidir.