Xərçəngdən sağalan arvadını öldürüb İNTİHAR ETDİ - FOTO
22-09-2023, 13:41
24 851

Xərçəngdən sağalan arvadını öldürüb İNTİHAR ETDİ - FOTO

Türkiyədə ailə faciəsi olub.
Yerli media bildirir ki, hadisə İstanbul şəhəri Esenyurt ərazisində baş verib. Buradakı binaların birində Müslüm Özerlə arvadı Fatma Özer arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin böyüməsi nəticəsində ər arvadını tapança ilə atəş açaraq öldürüb, daha sonra həmin silahla intihar edib.
Onların qızı anasının bir müddət əvvəl xərçəng xəstəliyindən xilas olduğunu bildirib: “Xərçəngi üstələsə də,  bu canavarla bacarmadı”.
Hadisə ilə bağlı araşdırma aparılır.


Oxşar xəbərlər