Prokuror müavini məşuqəsi üstündə davada öldü
25-09-2023, 17:30
16 295

Prokuror müavini məşuqəsi üstündə davada öldü

Samara vilayətinin Kinel-Çerkas rayon prokurorunun müavini Vladimir Syamukov qadın üstündə baş verən davada həlak olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Syamukov azad olmayan sevgilisi ilə görüşə gedib. Faciəli təsadüf nəticəsində prokuror müavininin rəqibi orada olub. Kişilər arasında qısqanclıq zəminində münaqişə yaranıb və mübahisə qısa zamanda davaya çevrilib. 42 yaşlı Q. taxta stulla və onunla sevgilisinin sevgilisini döyməyə başlayıb. Prokuror müavini ağır xəsarət alsa da, həkimə müraciət etməyib.

"Syamukov burnunun sınması səbəbindən yuxarı tənəffüs yollarında qanaxma keçirib. O, dərhal həkimə müraciət etsəydi, onu xilas etmək olardı. Bunu etməyib, nəticədə Vladimir ölüb”, prokuror müavininin dostları deyib.
Qısqanc şəxs artıq saxlanılıb, ona qarşı cinayət işi açılıb. Onu 15 ilə qədər həbs gözləyir.

Oxşar xəbərlər