Dünya
26-09-2023, 10:30
11 827
İrəvandakı etirazlarda müxalifət fəalları saxlanıldı - YENİLƏNİB
Ermənistanda Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa cəhd göstərən müxalifət fəalları saxlanılıb.
Əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar.
Məlumata görə, 10 nəfər polisə aparılıb.
Ermənistanın paytaxtı İrəvanda səhər saatlarından etibarən etirazçılar şəhərin küçələrini bağlayır və Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Bu barədə TASS məlumat yayıb. Nəşrin məlumatına görə, polis yenidən kütləvi həbslərə başlayıb.
Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri oktyabrın 5-i Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.