"Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək" - Tokayev
28-09-2023, 17:53
32 255

"Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək" - Tokayev

Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək.
Bunu Qazaxıstan respublikasının prezidenti Kasım Jomart-Tokayev Almaniyaya səfəri zamanı deyib. 
Onun sözlərinə görə, Astana məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarət edən strukturlarla əlaqə saxlayır: "Qazaxıstan açıq şəkildə bəyan edib ki, sanksiyalara əməl edəcək və bunun üçün müvafiq təşkilatlarla əlaqə saxlayır".
Tokayev həmçinin bildirib ki, Qazaxıstanın Rusiyadan ərazi iddiaları ilə bağlı heç bir narahatlığı yoxdur. O əlavə edib ki, Moskva və Astana həm ikitərəfli əsasda, həm də inteqrasiya birlikləri çərçivəsində müntəzəm dostluq əlaqələri saxlayır.

Oxşar xəbərlər