Putin Ermənistana getsə, həbs olunacaq - İrəvan bunu da etdi
3-10-2023, 14:55
16 838

Putin Ermənistana getsə, həbs olunacaq - İrəvan bunu da etdi

Bu gün Ermənistan parlamenti 62 lehinə səslə Roma Statutunu ratifikasiya edib.
“Armenpress” xəbər verir ki, parlamentin müxalif “Hayastan” və “Patev unem” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər.
Xatırladaq ki, Roma Əsasnaməsinin qəbul edilməsi bilavasitə Ermənistan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi anlamına gəlir.
Beləliklə, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin öhdəliklərini öz üzərinə götürərək, Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfəri çərçivəsində onu həbs etmə hüququna malik olub.

Oxşar xəbərlər