Dünya
4-10-2023, 17:46
8 932
Fransadan dost olmaz - azərbaycanlı deputatların qərarı...
Məlum olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırıb. Bu barədə qrup məlumat yayıb.
Qeyd edilir ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır.
Maraqlıdır, Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələr niyə dayandırılır.
”Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Bir neçə gün əvvəl Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin dayandırıldığı elan edildi. Bunun qarşılığında Azərbaycan tərəfi də öz fəaliyyətini dayandırdı. Bununla biz Fransa tərəfinə bildirdik ki, Azərbaycan istənilən reaksiyaya adekvat cavab verəcək. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu o zaman fəaliyyətini bərpa edə bilər ki, o da eyni addımı atsın. Çünki dostluğu pozan Fransanın özüdür”.
Millət vəkili hesab edir ki, bu hərəkət Fransanın total şəkildə anti-Azərbaycan siyasətinin təzahürüdür. Bu ölkənin rəhbəri anti-Azərbaycan siyasətinin başında dayanır: “Fransanın xarici işlər naziri Ketrin Kolonna növbəti dəfə Ermənistana səfər edir. Onu da deyim ki, Ketrin Kolonna intensiv şəkildə Ermənistana gedir. O sonuncu səfəri zamanı da açıq şəkildə ermənipərəst olduğunu nümayiş etdirdi. Belə ki, bu şəxs davamlı olaraq Azərbaycan əleyhinə çıxışlar edir. Fransanın Ermənistana maliyyə yardımı etməsi ilə bağlı fikirlər səsləndirir. Eyni zamanda, Qarabağı tərk edən ermənilərin Parisin fəxri vətəndaşı olacağını da bildirib. Həmçinin, Fransanın müdafiə naziri Ermənistana müasir silahların verilməsinin vacibliyindən də bəhs edib. Bu şəxs Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini də gündəmə gətirir. Müxtəlif istiqamətlərdə Fransa Azərbaycana qarşı diplomatik mübarizə aparmaqdadır. Bu mübarizənin də nəticəsi kimi Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyəti dayandırılıb”.
E.Nəsirov son olaraq onu da əlavə etdi ki, qaydaları pozan Fransadır. Azərbaycan öz milli maraqlarını hər zaman inamla, qətiyyətlə müdafiə edir.