İsrail Ordusu HƏMAS-ın ələ keçirdiyi əraziləri geri aldı
9-10-2023, 14:00
15 624

İsrail Ordusu HƏMAS-ın ələ keçirdiyi əraziləri geri aldı

İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib.
Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri bildirib. 
Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır. 
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və HƏMAS-a ciddi zərbələr endirib. 

Oxşar xəbərlər