Dünya
9-10-2023, 16:01
15 416
Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək
Sabah Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu iştirak edəcək.
İclasın gündəliyində duran əsas məsələ İƏT dövlət başçılarının 2023-cü ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilməsi planlaşdırılan 16-cı Zirvə Görüşünə hazırlıq olacaq.
İclasda tərəflər İƏT üzv dövlətləri arasında ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf yollarını, eləcə də, regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə edəcəklər.