Qəzzada 3 fələstinli jurnalist həlak olub - FOTO
10-10-2023, 11:16
15 877

Qəzzada 3 fələstinli jurnalist həlak olub - FOTO

İsrailin Qəzzanın qərbinə endirdiyi hava zərbəsi nəticəsində fələstinli jurnalistlər həlak olub.
Xarici KİV xəbər verir ki, dünən gecə baş verən hücumlarda 3 jurnalist öldürülüb. 
Məhəmməd Sobh və Səid əl-Tavil İsrailin Qəzza zolağında yaşayış binasını bombalaması ilə bağlı reportaj hazırlayarkən digər zərbə nəticəsində həlak olub. Fəcr əl-Yumdakı binalardan birinin atəşə tutulması zamanı yaralanan jurnalist Hişam ən-Nəvacan da bu gün dünyasını dəyişib. 

Oxşar xəbərlər