Məşhur müğənni İsrail üçün dualar istəyərkən Qəzza şəklini paylaşdı - FOTO
12-10-2023, 18:14
15 279

Məşhur müğənni İsrail üçün dualar istəyərkən Qəzza şəklini paylaşdı - FOTO

Məşhur kanadalı müğənni Castin Biber İsraillə HƏMAS arasındakı qarşıdurmalardan sonra İsrail üçün dualar istəyərkən etdiyi səhvlə sosial şəbəkədə səs-küy yaradıb.
 
293 milyon izləyicisi ilə İnstaqram hesabında "İsrail üçün dua et" qeydini paylaşan Biber, Qəzzanın hava hücumunda məhv edildiyini göstərən bir fotoşəkil də əlavə edib.
Müğənni fotonun İsrailin bombardmanı ilə bağlı olduğu xəbərdarlığı ilə paylaşımını silib, daha sonra eyni qeydi qara fonda qırıq ürək emojisi ilə yenidən paylaşıb.



Oxşar xəbərlər