İranlı general HƏMAS-ın müqavimətini alqışladı
13-10-2023, 11:25
9 537

İranlı general HƏMAS-ın müqavimətini alqışladı

İsrail Fələstin Müqavimət qruplarının başlatdığı hərbi əməliyyatında ağır və düzəlməz məğlubiyyətdən sonra sürətli məğlubiyyət yolundadır.
İran KİV-ləri xəbər verir  ki,  bunu İran Ordusunun Ali Baş Komandanı, general-mayor Əbdülrəhim Musəvi deyib. 
O, “cəsur Fələstin Müqavimətini” alqışlayaraq, İsrail rejiminin, Ayətullah Seyid Əli Xameneinin dediyi kimi, “daha güclü bir sillə alacağını” vurğulayıb.
İran ordusunun komandanı Qərb mediasını İsrailin Fələstin xalqına qarşı cinayətlərinə göz yumduğuna və Qəzzanın qeyri-insani blokadasına susmasına görə tənqid edib.

Oxşar xəbərlər