Noyabrda eşqdə üzü güləcək BÜRCLƏR
17-10-2023, 17:33
8 652

Noyabrda eşqdə üzü güləcək BÜRCLƏR

Bəzi insanlar üçün sevgi "kubik-rubik"dir, bəziləri üçün isə uşaq oyuncağı. Astroloqlar 3 bürc üçün romantika, ehtiras və sevgi dolu noyabrın müjdəsini veriblər.
Həmin bürcləri təqdim edirik:
Əqrəb
Əqrəblər ehtiraslı olmaları ilə tanınırlar. Noyabr ayı onlar üçün yaxşı bir başlanğıc olacaq. Onlar sevgi həyatlarında ehtirasları qoruyan və həyəcan yaşadan partnyor axtarırlar. Əqrəblər artıq istədikləri dövrə girirlər. Lakin astroloqlar onlara yersiz qısqanclıq etməmələri barədə xəbərdarlıq ediblər.
Oxatan
Oxatanları noyabrda həm karyera, həm də sevgi həyatlarında xoşbəxtlik gözləyir. Eyni zamanda, peşəkar həyatlarında göstərdikləri performans nəticəsində maddi vəziyyətlərinin dəyişməsi münasibətlərinə də müsbət təsir göstərəcək.
Qoç
Qoçlar axtardıqları sevgini noyabrda tapacaqlar. Bundan əlavə, astroloqlar qoçların maddi cəhətdən şanslı ola biləcəkləri bir dövrə girəcəklərini də vurğulayıblar.

Oxşar xəbərlər