Məşhur baş məşqçi bədvəxt hadisə ilə üzləşdi - Başına 10 tikiş vurulub - FOTO
19-10-2023, 14:23
16 851

Məşhur baş məşqçi bədvəxt hadisə ilə üzləşdi - Başına 10 tikiş vurulub - FOTO

Argentinanın "İndependiente" komandasının baş məşqçisi Karlos Teves evdə xoşagəlməz hadisə ilə üzləşib.
Xarici mətbuat xəbər verir ki, Tevez Buenos-Ayresə bağlı San-İsidro şəhərindəki evinin hamamında müvazinətini itirərək yıxılıb və başı dəzgaha dəyib.
Təcili xəstəxanaya çatdırılan Karlos Tevezin beyin silkələnməsi olduğu üzə çıxıb. Sol qaşı yarılan argentinalı məşqçiyə 10 tikiş vurulub və bir müddət müşahidə altında saxlanacağı bildirilib.

Oxşar xəbərlər