Balasanyan polisə təslim oldu
25-10-2023, 15:03
10 395

Balasanyan polisə təslim oldu

Oktyabrın 23-də Qarabağda qətllər törədən, separatçı rejimin "Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan Ermənistan Daxili İşlər Nazirliyinin mərkəzi polis idarəsinə təslim olub. 
Bu barədə erməni KİV məlumat yayıb. 
Balasanyan polisə 16 ədəd 9 mm çaplı güllə ilə dolu 2 patronu olan "Makarov" tipli odlu silah təqdim edib.
Hadisə ilə bağlı polisin mərkəzi şöbəsində sənədlər tərtib edilib, Ermənistan İstintaq Komitəsinin İrəvan şəhəri üzrə istintaq idarəsinin Kentron və Nork-Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsinə təhvil verilib.

Oxşar xəbərlər