Rusiyanın baş naziri Əli Əsədov və Paşinyanı Moskvaya dəvət etdi
26-10-2023, 18:20
32 307

Rusiyanın baş naziri Əli Əsədov və Paşinyanı Moskvaya dəvət etdi

Rusiyanın baş naziri Mixail Mişustin MDB-yə üzv dövlətlərin hökumət başçılarını mədəni-humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün dekabrda Moskvada keçiriləcək görüşə dəvət edib.
Bu barədə o, MDB Hökumət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında deyib. 
"Mən MDB üzvü olan ölkələrin bütün hökumət başçılarını dekabrda Moskvada keçiriləcək iclasa dəvət edirəm. Biz bunu mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün təqdim etməyi təklif edirik. Xalqlarımızı birləşdirən də budur", - deyə Mişustin qeyd edib. 

Oxşar xəbərlər