ABŞ-də 22 nəfəri öldürən şəxs intihar edib
28-10-2023, 10:37
27 424

ABŞ-də 22 nəfəri öldürən şəxs intihar edib

ABŞ-nin Men ştatının Lyuiston şəhərində 22 nəfərin ölümü ilə nəticələnən atışmada şübhəli bilinən 40 yaşlı Robert Kard iki günlük axtarışlardan sonra ölü tapılıb.
Xarici mətbuat xəbər verir ki, Kardın intihar etdiyi deyilir. Onun cəsədi Lisbon şəhəri yaxınlığındakı meşədə aşkarlanıb.
Xatırladaq ki, oktyabrın 26-da Lyuiston şəhərində silahlı hücum nəticəsində azı 22 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Oxşar xəbərlər