HƏMAS-ın daha bir komandiri öldürülüb
28-10-2023, 14:12
26 608

HƏMAS-ın daha bir komandiri öldürülüb

İsrail Müdafiə Qüvvələri ötən gecə hava hücumları nəticəsində HƏMAS-ın Qəzza zolağındakı Dəniz Qüvvələrinin komandiri Ratəb Əbu Sahibanı öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailin Zikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücuma rəhbərlik edib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı məhv edib.
  • HƏMAS-ın daha bir komandiri öldürülüb

Oxşar xəbərlər