Lukaşenko Rusiyadan kompensasiya tələb etdi
31-10-2023, 14:17
7 832

Lukaşenko Rusiyadan kompensasiya tələb etdi

Minsk Belarus Atom Elektrik Stansiyasının (BNES) istismara verilməsinin təxirə salınması ilə əlaqədar Moskvaya kompensasiya məsələsini qaldırıb. 
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Müqaviləyə əsasən, biz onlarla kompensasiya məsələsini qaldırdıq. Bunu gizlətməyə ehtiyac yoxdur. Orada qeyri-adi heç nə yox idi”, - deyə o qeyd edib. 
Belarus lideri deyib ki, stansiyanın istismara verilməsi müddətlərinin pozulmasına görə Rusiya tərəfi məsuliyyət daşıyır.

Oxşar xəbərlər