Dəhşət! 2 uşağa silahlı hücum EDİLDİ
31-10-2023, 15:20
7 951

Dəhşət! 2 uşağa silahlı hücum EDİLDİ

Silahlı hücum nəticəsində biri 14 və 15 yaşlı iki uşaq yaralanıb.
Xarici media xəbər verir ki, hadisənin parka motosikletlə gələn şəxs tərəfindən törədildiyi iddia edilib.
Hadisə ötən gecə Türkiyədə baş verib. Güllə səsi eşidən məhəllə sakinləri çölə çıxıb və yerdə uzanmış iki yaralı yeniyetmə görüblər. Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından yaralılar xəstəxanaya qaldırılıb. Hücum zamanı yaralananlardan birinin 14, digərinin isə 15 yaşında olduğu müəyyən edilib. Hücumun parka motosikletlə gələn şəxs tərəfindən törədildiyi iddia edilib. Xəstəxanaya yerləşdirilən uşaqların müalicəsi davam edib.
Polis hadisə ilə bağlı araşdırma başladıb.

Oxşar xəbərlər