Paris polisi metroda müsəlman qadını güllələdi
31-10-2023, 16:32
8 006

Paris polisi metroda müsəlman qadını güllələdi

Paris metrosunda polis müsəlman geyimində olan qadına atəş açıb. 

Bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb. 

Məlumata görə, o, başqalarını hədələyib və terroru təbliğ edib: "Bir neçə metro sərnişini qadının asayişi pozması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Qadın polisə tabe olmaqdan imtina edib və özünü partlatmaqla hədələyib. Bu zaman polislər ona atəş açıblar. Qarın nahiyəsindən ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Onun üzərində heç bir partlayıcı tapılmayıb.

Oxşar xəbərlər