Restorana gələnlərin yeməyi oğurlandı
1-11-2023, 14:27
7 218

Restorana gələnlərin yeməyi oğurlandı

İndoneziyada rusiyalı turist restorana gələnlərin yemək və içkilərini oğurladığı üçün polis tərəfindən yaxalanıb.

Xarici KİV bildirir ki, insident Cənubi Kuta bölgəsindəki bir müəssisədə baş verib. Məlumatda saxlanılan 29 yaşlı kişinin həbs zamanı müqavimət göstərdiyi qeyd edilir.

Turist miqrasiya idarəsinə aparılıb və orada sorğu-sual edilib. Polisin əməliyyat idarəsinin rəisi Denis Astikanın sözlərinə görə, araşdırma zamanı saxlanılan şəxsin psixi xəstə olması şübhəsi ortaya çıxıb.

O, hazırda 2022-ci ilin sentyabrında artıq müalicə olunduğu Sanqlah xəstəxanasındadır.

Oxşar xəbərlər