Dünya
1-11-2023, 17:02
7 075
Kəlləyə bənzər asteroid aşkarlandı
Kəllə skeletinə bənzəyən asteroid Yerin yaxınlığından keçərkən astronomlar tərəfindən yaxından müşahidə edilib.
Xarici mənbə xəbər verir ki, Arecibo Rəsədxanası bu kəllə formalı asteroidin ilk radar görüntülərini çəkib. Bu görüntülər asteroidin diametrinin təxminən 2000 fut olduğunu və fırlandığını göstərib.
Asteroidə zərbələr üzrə mütəxəssis Mark Bosloughun fikrincə, bu kəllə formalı asteroid Yer üçün təhlükə olsaydı, "6 mil genişlikdə krater yaradardı". Kəllə formalı asteroidin 2082-ci ildə yenidən Yer kürəsinin yaxınlığından keçəcəyi gözlənilir.