“Düşmənin bu hərəkətləri Ukrayna ordusunda ağır itkilərə səbəb olur”
1-11-2023, 18:25
7 074

“Düşmənin bu hərəkətləri Ukrayna ordusunda ağır itkilərə səbəb olur”

“Ötən ay 37 Ukrayna təyyarəsini vurduq”.

Xarici KİV xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, keçən ay vurulan təyyarə sayının Ukraynaya təhvil verilməsinə zəmanət verilən F-16 təyyarələrinin sayından təxminən iki dəfə çox olduğunu bildirib:
“Ötən ay 37 təyyarə və 6 ABŞ istehsalı olan ATACAMS əməliyyat-taktiki raketləri də daxil olmaqla, düşmənin 1400-dən çox hava hədəfi məhv edilib”.

Şoyqu, həmçinin Ukrayna ordusunun Zaporojya, Donetsk və Xerson istiqamətlərində rus əsgərlərinə qarşı uğursuz hücum cəhdləri etdiyini qeyd edib:
"Düşmənin bu ümidsiz hərəkətləri Ukrayna ordusunun şəxsi heyətində ağır itkilərə səbəb olur" .

Oxşar xəbərlər