
Dünya
3-11-2023, 17:05
8 487
Ermənistanda 2 deputat istefa verdi - YENİLƏNİB
Ermənistan parlamentinin daha bir deputatı Mihrdat Madatyan mandatından istefa verib.
Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
"Bildirmək istəyirəm ki, bu gün, noyabrın 3-də deputat mandatımdan imtina etmək üçün MSK-ya ərizə vermişəm", - deputat bildirib.
O, bizneslə məşğul olmaq üçün istefa verdiyini deyib.
Ermənistan parlamentinin deputatı Gerasim Vardanyan mandatından istefa verib.
Bu barədə o, öz "Facebook" səhifəsində yazıb.
Deputat istefa ərizəsini noyabrın 2-də təqdim etdiyini açıqlayıb.
