Ermənistanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlamağa çalışırlar
24-12-2020, 10:19
185

Ermənistanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlamağa çalışırlar

Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər.
“News.am” xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər tərəfdən bloklamağa çağırıb. “Kim istəyirsə, binanı daha tez bloklasın ki, üzvlər ora girib-çıxa bilməsinlər. Onların iclası çoxdandır bir qəpiyə dəymir”, - Manukyan tərəfdarlarına müraciətində deyib. (Report)

Oxşar xəbərlər