ABŞ Dövlət katibi Ankarada “layiq olduğu formada” qarşılanıb
6-11-2023, 11:53
1 788

ABŞ Dövlət katibi Ankarada “layiq olduğu formada” qarşılanıb

ABŞ Dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri Türkiyə mətbuatında çox geniş müzakirə olunan mövzuya çevrilib.

AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə baş verən silahlı toqquşmaya müxtəlif mövqelərdən yanaşan Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyət yaranıb.

Bu səbəbdən ABŞ rəsmisi Ankara hava limanında olduqca soyuq qarşılanıb. Hava limanında A. Blinkeni Ankara şəhər valisinin müavini qarşılayıb.

Bununla yanaşı, hava limanının işıqları söndürülüb və zəif işıqların fonunda ABŞ-ın Türkiyədəki səfiri A.Blinkenə çıxışın yolunu göstərib.

Türkiyə mətbuatı yazır ki, A.Blinken “layiq olduğu formada” qarşılanıb.

Oxşar xəbərlər