“Azeri Light” ucuzlaşır
8-11-2023, 11:05
1 978

“Azeri Light” ucuzlaşır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,29 dollar və ya 3,63% azalaraq 87,42 ABŞ dollarına enib.
Qeyd edək ki, ötən gün neftimiz 90,71 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Oxşar xəbərlər