13 yaşlı qızlar bıçaqla quldurluq etdilər
9-11-2023, 16:15
7 971

13 yaşlı qızlar bıçaqla quldurluq etdilər

Türkiyədə azyaşlı qızlar quldurluq edib.
Yerli media bildirir ki, hadisə Balıkesir şəhərinin Bandırma qəsəbəsində baş verib. 13 yaşlı İ.G. və M.Y. küçədə iki nəfərə bıçaqla hücum edərək onların üzərindəki əşyaları əllərindən alıblar.
Məlumatla əlaqədar polisin keçirdiyi əməliyyat zamanı cinayətkar uşaqların birindən telefon və qulaqlıq, digərindən pulqabı və bir qutu siqaret aşkarlanıb.
Uşaqlar məhkəmə qərarı əsasında islah məntəqəsinə göndərilib.

Oxşar xəbərlər