Adham İkramov: Özbəkistanın irəli sürdüyü təkliflər tərəfdaş ölkələrimiz arasında rezonans doğurub
9-11-2023, 17:30
7 909

Adham İkramov: Özbəkistanın irəli sürdüyü təkliflər tərəfdaş ölkələrimiz arasında rezonans doğurub

"Bu gün hamımız razılığa gəldik ki, gənclər siyasəti məsələləri idmanla ayrılmaz şəkildə bağlıdır. Bu, kifayət qədər vacib məsələdir və noyabrın 3-də keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının görüşünün gündəliyində qırmızı xətlə keçir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan gənclik siyasəti və idman naziri Adham İkramov İsmayıllıda keçirilən Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, türkdilli dövlətlərin liderlərindən bir həftə əvvəl Astanada bir sıra təkliflər irəli sürülüb: "Qeyd etmək lazımdır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Türk Şurasının Kreativ Gənclər Agentliyinin təşkili ilə bağlı Özbəkistan tərəfindən irəli sürülən təkliflər tərəfdaş ölkələrimiz arasında rezonans doğurub".

Onun sözlərinə görə, 2024 və 2025-ci illərdə gənclər və idmanla bağlı çox sayda tədbir planları var: "Bunların arasında Qazaxıstandakı Köçərilərin Oyunları, Qırğızıstandakı gənclər forumları, Azərbaycanda və Türkiyədə keçiriləcək bir sıra tədbirlər var. Macarıstan və Türkmənistan kimi müşahidəçi ölkələrimiz də çox böyük fəallıq göstərir”.

Oxşar xəbərlər