Dünya
10-11-2023, 18:18
8 812
Si Cinpin və Cozef Bayden San-Fransiskoda görüşəcək
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden noyabrın 15-də San-Fransiskoda görüşəcək.
Çin mediası xəbər verir ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində baş tutacaq. Bu, ötən ilin noyabrında G20 qrupunun İndoneziyadakı zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq.
Çin rəsmi mediası yazır ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də Birləşmiş Ştatlarda səfərdə olacaq.