“Qəzzada sağlamlıq mərkəzlərinə 250-dən çox hücum olub” – ÜST
11-11-2023, 10:55
2 487

“Qəzzada sağlamlıq mərkəzlərinə 250-dən çox hücum olub” – ÜST

Oktyabrın 7-dən bəri Qəzzada səhiyyə mərkəzləri 250-dən çox hücuma məruz qalıb.
TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında bildirib.
“Oktyabrın 7-dən ÜST Qəzza və İordan çayının qərb sahilindəki sağlamlıq mərkəzlərinə 250-dən çox hücumu, eləcə də, İsraildəki sağlamlıq mərkəzlərinə, yəni xəstəxanalara, klinikalara, xəstələrə, təcili yardım maşınlarına 25 hücumu sənədləşdirib. Ötən həftə ÜST bir gündə beş xəstəxanaya beş hücum faktını sənədləşdirib. Təkcə son 48 saat ərzində dörd xəstəxana sıradan çıxarılıb”, - ÜST rəhbəri deyib.

Oxşar xəbərlər