Almaniyada futbol matçı zamanı iğtişaş: 32 nəfər xəsarət aldı
11-11-2023, 14:39
1 882

Almaniyada futbol matçı zamanı iğtişaş: 32 nəfər xəsarət aldı

Noyabrın 10-da Almaniyada futbol üzrə ikinci divizionunun Hamburqda keçirilən "Sankt-Pauli" - "Hannover 96" oyunu zamanı azarkeşlərin iştirakı ilə iğtişaşlar baş verib. 

Bu barədə TASS xəbər verir.

Hadisə nəticəsində 17-si hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla azı 32 nəfər xəsarət alıb. Bu məlumatı şəhər polisi verib. Hadisənin səbəbləri aydınlaşdırılır.


İğtişaşların səfər sektorunda oyun zamanı başladığı bildirilir. Olay sürətlə azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmaya çevrilib. Matç bir neçə dəqiqə dayandırılsa da, sonra davam etdirilib. Oyundan sonra azarkeşlər Hamburq küçələrində polis əməkdaşlarına hücum ediblər. Onlara butulkalar, daşlar, pirotexniki vasitələr atılıb.

Komandalar arasında keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb. II Bundesliqanın 13 oyunundan sonra "Sankt Pauli" 27 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü yerdə "Hannover 96” qərarlaşıb. Komandanın 22 xalı var.

Oxşar xəbərlər