Ərdoğan: Qəzzaya humanitar yardımların çatdırılması təmin edilməlidir
11-11-2023, 16:15
17 333

Ərdoğan: Qəzzaya humanitar yardımların çatdırılması təmin edilməlidir

Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin qeydə alınmayan atom bombalarına sahib olub-olmamasını araşdırmalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar zirvəsi toplantısında çıxışı zamanı bildirib.
O, həmçinin İsrailin Qəzzada baş verənlərlə bağlı təzminat ödəməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin edilməlidir.

Oxşar xəbərlər