Britaniyalı siyasi məsləhətçi Gürcüstana buraxılmadı
13-11-2023, 12:50
1 329

Britaniyalı siyasi məsləhətçi Gürcüstana buraxılmadı

Britaniyalı siyasi məsləhətçi Ben Mallett Gürcüstana buraxılmayıb.

Xarici KİV xəbər verir ki,  bu barədə "Vahid Milli Hərəkat"  partiyasının sədri Levan Xabeişvili bildirib.

"Britaniya vətəndaşı olan məsləhətçimizin sərhədə girməsinə icazə verilmir. Biz izahatları gözləyirik”, - deyə  Xabeişvili ifadə edib. 

O, həmçinin vurğulayıb ki, "Vahid Milli Hərəkat! 2024-cü ildə keçiriləcək seçkilərə hazırlaşmaq üçün xarici məsləhətçiləri çağırmağa davam edəcək.

Oxşar xəbərlər