Kreml Dneprdən Rusiya qoşunlarının geri çəkilməsi ilə bağlı məlumatlara münasibət bildirib
13-11-2023, 13:45
1 373

Kreml Dneprdən Rusiya qoşunlarının geri çəkilməsi ilə bağlı məlumatlara münasibət bildirib

Kreml Dneprdən Rusiya qoşunlarının şərq istiqamətində geri çəkilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Dneprdə qoşunların yerdəyişməsi ilə bağlı sualların Rusiya Müdafiə Nazirliyinə ünvanlandırılmasını məsləhət görüb.

“Bilirsiniz ki, biz xüsusi hərbi əməliyyat zamanı döyüş meydanında işlərin gedişatını və vəziyyətini birbaşa şərh etmirik, bu, mütəxəssislərin, peşəkarların, yəni bizim hərbçilərin səlahiyyətindədir. Bu halda hesab edirik ki, vəziyyəti yalnız hərbçilərimiz şərh edə bilər və etməlidir”, - deyə Kreml rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiyanın TASS və RİA Novosti agentlikləri Rusiya Müdafiə Nazirliyinə istinadən qoşunların Dnreprdən şərq istiqamətində geri çəkilməsi ilə bağlı məlumat yayıb. Daha sonra isə məlumatı silib. Rusiya MN isə qurumun mətbuat mərkəzi adından agentliklərə yalan məlumat göndərildiyini və bunun təxribat olduğunu açıqlayıb.

Oxşar xəbərlər