Dünya
13-11-2023, 13:59
1 343
Ceyms Kleverli Britaniyanın daxili işlər naziri təyin olundu - Yenilənib
Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman istefaya göndərilib.
Bu barədə məlumatı “Sky News” yayıb.
Bildirilir ki, Braverman Fələstinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı polisin fəaliyyətini tənqid edən məqalə ilə çıxış etdikdən sonra ölkənin Baş naziri Rişi Sunak onu istefaya göndərib.
Məlumata görə, Sunak bu gün Nazirlər Kabinetinin tərkibində bir neçə dəyişikliyi elan etməyi planlaşdırır.
***
Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ölkənin yeni daxili işlər naziri təyin edilib.