İsrail ordusu Livandakı mövqelərə zərbələr endirdi
13-11-2023, 15:27
1 302

İsrail ordusu Livandakı mövqelərə zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri (İDF) İsrail ərazisinə minaatan atəşinə cavab olaraq Livanın cənubundakı mövqelərə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti  məlumat yayıb.

Bildirilir ki, İsrailin şimalındakı Qornot HaGalil kəndi ərazisində həyəcan təbili çalıb. Orada Livan ərazisindən iki minaatan atışı qeydə alınıb, mərmilər açıq ərazilərə düşüb. Heç bir insan xəsarət almayıb.

"İD artilleriyası atəş mənbələrinə zərbələr endirir", - mesajda deyilir.

Oxşar xəbərlər