Dünya
13-11-2023, 16:56
6 848
Çin beş ASEAN ölkəsi ilə birgə hərbi təlim keçirəcək
Çinin Milli Müdafiə Nazirliyi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) üzvü olan beş ölkə ilə bu ay terrorizmlə mübarizə və dəniz təhlükəsizliyinə yönəlmiş birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, "Aman Youyi 2023" təlimi noyabrın ortalarından sonuna qədər Cənubi Çinin Quandun əyalətinin Janciang sahillərində keçiriləcək. Təlimdə ASEAN üzvləri Malayziya, Tailand, Vyetnam, Kamboca və Laosun hərbi birləşmələri də iştirak edəcək.
Təlim regional sülh və sabitlik üçün iştirakçı ölkələr arasında şəhər və dəniz mühitində terrorizm və dəniz quldurluğu ilə mübarizə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Çinin Milli Müdafiə Nazirliyi bildirib ki, “Aman Youyi” təlimi Çin və Malayziyanın təşəbbüsü ilə keçirilir. 2014-cü ildə Kuala Lumpurda ilk stolüstü döyüş ssenarisi təlimindən sonra Malayziya 2015 və 2016-cı illərdə səhra təlimlərinə ev sahibliyi edib.
Bu il Çin sayca 5-ci təlimlərə ev sahibliyi edəcək, Vyetnam, Kamboca və Laos isə onlarda ilk dəfə iştirak edəcək.