Yanğın səbəbindən Los-Ancelesdə avtomobil şosesi bağlanıb
13-11-2023, 17:04
6 849

Yanğın səbəbindən Los-Ancelesdə avtomobil şosesi bağlanıb

ABŞ-ın Los-Anceles şəhərində magistral körpünün altındakı anbarda baş verən yanğın səbəbindən avtomobillərin hərəkəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, alov, həmçinin yaxınlıqda dayanan avtomobillərə sıçrayıb və elektrik dirəklərini zədələyib. Kaliforniya qubernatoru Qevin Nyusom hadisə ilə bağlı fövqəladə vəziyyət rejimi elan edib və federal hökumətdən kömək istəyib.

Mütəxəssislər magistral yolun keçdiyi körpünün nə qədər dayanıqlı olduğu yoxladıqdan sonra bəzi zolaqların açılıb-açılmayacağı barədə qərar verilə bilər. Qeyd edək ki, bu marşrutla hər gün 300 min avtomobil hərəkət edir.

Oxşar xəbərlər