Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması barədə qanun layihəsi TBMM-ə göndərildi
13-11-2023, 17:11
6 843

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması barədə qanun layihəsi TBMM-ə göndərildi

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının müddətinin bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Qanun layihəsində Türkiyənin Rusiya ilə birgə təşkil etdiyi Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətinə uğurla davam etdiyi vurğulanıb. 

Bildirilir ki, Türkiyə sözügedən mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verir. 

Bununla yanaşı, layihədə Türkiyə ordusunun mandatının müddətinin noyabrın 17-dən etibarən daha bir il uzadılması qeyd olunub.

Oxşar xəbərlər