Səfir: Şuşa Bəyannaməsi münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir
14-11-2023, 10:52
1 371

Səfir: Şuşa Bəyannaməsi münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir

Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan dövlət başçılarının siyasi iradəsini əks etdirmir, eyni zamanda millətin də iradəsini əks etdirir.

Bu barədəTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində ki xəstəxana idarəetməsi" mövzusunda seminarın açılış mərasimində çıxışı zamanı bildirib.

“Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir. Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-birilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydasının olacağını düşünürəm”, - deyə səfir əlavə edib.

Oxşar xəbərlər