Zelenskinin Ofis rəhbəri Qərb liderlərinin müşavirləri ilə görüşüb
14-11-2023, 15:22
7 132

Zelenskinin Ofis rəhbəri Qərb liderlərinin müşavirləri ilə görüşüb

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak ABŞ, Böyük Britaniya, Almaniya və Fransa prezidentlərinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşüb.

Ukrayna rəsmisi bu barədə "X" hesabında bildirib.

"ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik müşaviri Timoti Barrou, Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner və Fransa Prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonne ilə görüşdüm", - Yermak bildirib.

Qeyd edək ki, Andriy Yermak ABŞ-da səfərdədir.

Oxşar xəbərlər