Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq
14-11-2023, 16:25
7 081

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq

Türkiyə parlamentinin (TBMM) Xarici Əlaqələr Komitəsi bu həftə İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq.

Bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Xarici Əlaqələr Komitəsi noyabrın 16-da İsveçin NATO-ya üzvlük müraciətinə baxmağa başlayacaq.

Qeyd edək ki, qanun layihəsinin parlamentdə səsverməsindən əvvəl Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənməlidir. Prezident Ərdoğan daha sonra qanunu imzalayacaq.

Oxşar xəbərlər